Samuxda baş vermiş zəhərlənmə hadisəsi nəzarətdədir, araşdırma aparılır.
Hafta.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Hafta.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.
***
Samux rayonunun Alıuşağı kəndində zəhərlənmə baş verib.
Hafta.az xəbər verir ki, 10-dan artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.